AZ

Şimali Koreya iki strateji qanadlı raket buraxılışı həyata keçirib

Şimali Koreya lideri Kim Çen In Koreya yarımadasının qərbindəki Sarı dəniz istiqamətində iki uzunmənzilli strateji qanadlı raketinin sınaq buraxılışını həyata keçirib.

Bu barədə bazar ertəsi “Yonhap” və “AFP” xəbər agentlikləri məlumat verib.

Şimali Koreya xəbər agentliyi KCNA-nın məlumatına görə, raketlər 28 dekabrda təyin olunmuş trayektoriyası boyunca müvafiq olaraq 10.199 saniyə və 10.203 saniyə uçub və hədəfə dəyib.

Seul raketlərin Pxenyan yaxınlığındakı Sunan bölgəsindən atıldığını dəqiqləşdirib.

Şimali Koreya əvvəllər noyabrın əvvəlində, ABŞ prezidenti Donald Trampın bölgəyə səfəri zamanı Kim Çen Inla görüşməkdə maraqlı olduğunu bildirməsindən təxminən bir həftə sonra ballistik raket sınaqları keçirmişdi. Pxenyan bu təklifə cavab verməyib.

Almaz Həsənli

Seçilən
34
12
oxumeni.az

10Mənbələr