Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Cəlilabad rayonu ərazisində narkotik vasitənin təsiri altında olan sürücü müəyyənləşib.
Avtosfer.az-ın məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Yoxlama zamanı nəqliyyat vasitəsini etibarnaməsiz və sürücülük hüququ olmadan idarə etdiyi aşkarlanan Əhməd Əhmədovun narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib. Ə.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.