Bakı. Trend:
Rusiyada Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının 14yaşından etibarən andiçmə mükəlləfiyyəti barədə qanunuimzalayıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, müvafiq sənəd Rusiyanın dərc olunmuşhüquqi aktlar portalına yerləşdirilib.
Dəyişiklik sənədin ictimailəşməsindən 10 gün sonra qüvvəyə minirvə “Rusiya Federasiyası vətəndaşı haqqında” qanuna müvafiqdüzəlişlər artıq edilib.
Qanuna görə, Rusiya Federasiyasının vətəndaşlığına qəbul olunanşəxslər and içməlidirlər. Lakin 18 yaşına çatmayan şəxslər buöhdəlikdən azad edilirdi , o cümlədən, . İndi isə and içmə tələbi14 yaşdan etibarən tətbiq olunacaq.
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, xaricivətəndaşlar Rusiya vətəndaşlığını əvvəlki dövrlərlə müqayisədə dahaaz alırlar. Qurumun bildirdiyinə əsasən, cari ilin doqquz ayıərzində 110,8 min nəfər Rusiya Federasiyasının vətəndaşı olub ki,bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz azdır. DİN buazalmanı Rusiya vətəndaşlığının verilməsi zamanı nəzarətinsərtləşdirilməsi ilə əlaqələndirib.
Ən çox Rusiya vətəndaşlığı alanlar Tacikistan, Qazaxıstan,Ukrayna, Ermənistan və Özbəkistan sakinləri olub.