Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Laçın rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirilib.
XQ xəbər verir ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Laçın Abadlıq Xidməti” ASC-nin birgə təşkilatçılığı ilə “Qış möcüzəsi – Laçın 2026” adlı silsilə bayram proqramı təşkil olunub. Həkəri bulvarında müxtəlif yaş qruplarını əhatə edən zəngin mədəni və əyləncəli proqramlar təqdim edilib. Tədbir çərçivəsində fəaliyyət göstərən “Qış nağılı” yarmarkasında yerli istehsal məhsulları və müxtəlif əl işləri sakinlərə və şəhərin qonaqlarına təqdim olunub.
Gün ərzində uşaqlar üçün animasiya şouları təşkil edilib. Şaxta baba, Qar qız və nağıl personajlarının iştirakı ilə keçirilən faceart, şar şou və DJ-şou balaca iştirakçıların böyük sevincinə səbəb olub.
Tədbirlər çərçivsində “Klassik vokal gecəsi” keçirilib. "Lacinema" kinoteatrında təşkil edilən konsert proqramında istedadlı vokalçılar – Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontratenor/bariton), Sevda Rəhimova (bəstəkar, piano) və Ərtoğrul Balayev (piano) çıxış ediblər. Gecədə Üzeyir Hacıbəyli, Hugo Volf, Henri Duparc, Franz Lehar, Sevda Rəhimova, Səid Rüstəmov və digər görkəmli bəstəkarların əsərləri, həmçinin “Laçın” xalq mahnısı səsləndirilib.
Bayram tədbirləri atəşfəşanlıqla başa çatıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.