AZ

Zelenskinin bu üz ifadəsi hər şeyi dedi: Floridadakı danışıqların pərdəarxası (VİDEO)

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Floridada, Mar-a-Laqo iqamətgahında Donald Tramp və Volodimir Zelenski arasında keçirilən danışıqlar məsələni kökündən həll etməsə də, bəzi vacib nəticələrlə yadda qalıb.

Qaynarinfo xəbər verir ki, "Sky News”un təhlilinə görə, fevral ayında Oval Ofisdə baş tutan o məşhur gərgin görüşdən fərqli olaraq, bu dəfə açıq qarşıdurma yaşanmayıb.

Zelenskinin üz ifadəsi və emosiyaları

Nəşr qeyd edir ki, Zelenski bəzən qıcıqlanmış görünüb - xüsusən də Trampın çox ciddi danışıqlar fonunda Mar-a-Laqodakı yeməklərdən və ukraynalı generalların bədən quruluşundan bəhs edərək məsələyə laqeyd yanaşdığı anlarda.

Zelenskinin özünü saxlaya bilmədiyi bir an isə xüsusilə yadda qalıb. Trampın "Rusiya Ukraynanın uğurlu olmasını istəyir" deməsi qarşısında Ukrayna lideri çiyinlərini çəkərək gülüb. "Sky News” vurğulayır: "Bəzən Trampın həqiqətənmi məlumatsız olduğunu, yoxsa Putinin təsiri altında belə danışdığını anlamaq çətindir".

Təhlükəsizlik zəmanətləri: 15 il, yoxsa daha çox?

Zelenski ABŞ-ın gələcək Rusiya təcavüzünün qarşısını almaq üçün hərbi dəstək verəcəyinə əmin görünüb. Lakin hər iki lider bunun konkret olaraq necə görünəcəyini açıqlamayıb:

"Ukrayna mənbələri bildirirlər ki, Trampın Ukraynaya dəstəyi təhlükəsizlik zəmanətləri ilə möhkəmləndirmək öhdəliyi əsas məqamdır. Həmçinin Trampın Ukraynaya gedib parlamentdə çıxış etməyə hazır olması müsbət bir addım kimi qiymətləndirilir".

Faizlərlə ifadə olunan tərəqqi

Mətbuat konfransının ən maraqlı məqamı Zelenskinin əldə olunan tərəqqini faizlərlə təqdim etməsi olub:

• "20 bəndlik sülh planı" – 90% razılaşdırılıb;

• "ABŞ və Ukraynanın təhlükəsizlik zəmanətləri" – 100% razılaşdırılıb;

• "ABŞ, Avropa və Ukrayna təhlükəsizlik zəmanətləri" – demək olar ki, razılaşdırılıb.

Bu, Zelenskinin ABŞ-ın zəmanətlərini qəbul etdiyini göstərsə də, Avropa qoşunlarının Ukrayna ərazisində olması ehtimalı kimi "qırmızı xətlər" üzərində hələ çox iş görülməli olduğunu sübut edir.

Sevinmək üçün hələ tezdir

Analizdə üç əsas problem vurğulanır:

1. Tramp müharibənin bitməsini istəsə də, bunun hansı şərtlərlə olacağı onun üçün o qədər də önəmli deyil.

2. Putin müharibəni dayandırmaq istəyinə dair heç bir real siqnal verməyib.

3. Ukrayna kapitulyasiyaya (təslim olmağa) məcbur edilmək istəmir.

"Sky News” xəbərdarlıq edir: Avropa və Ukrayna Trampın Moskvaya təzyiq göstərəcəyini gözləsələr də, buna çox ümid bəsləmək risklidir.

Floridadakı görüşün xülasəsi

Zelenski və Trampın Floridadakı görüşü təxminən üç saat davam edib. Tramp Zelenskini tərifləyərək sülhün yaxın olduğuna inandığını desə də, Moskvanın mövqelərinə qarşı hələ də müəyyən rəğbət nümayiş etdirir. Danışıqlar bu gün – 29 dekabr, bazar ertəsi günü də davam edəcək.

Alpər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
50
qaynarinfo.az

10Mənbələr