AZ

Hindistanda duman səbəbindən 128 uçuş ləğv edilib

Hindistanın paytaxtı Dehlini bürüyən sıx duman İndira Qandi Beynəlxalq Hava Limanında 128 reysin ləğv edilməsinə və 8 reysin digər hava limanlarına yönləndirilməsinə səbəb olub.

Missiya.Az xəbər verir ki, 178 uçuş və 69 gəliş gecikib. Hava limanı şirkəti bildirib ki, qatı duman səbəbindən uçuşlar CAT III şərtləri altında həyata keçirilir.

Sıx duman ölkə daxilində dəmir yolu xidmətinə də təsir edib və bir çox qatar gecikib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
55
2
missiya.az

6Mənbələr