AZ

Gənclər və İdman Nazirliyinin narkomaniya ilə mübarizə çərçivəsində gördüyü işlər açıqlanıb

Bakı, 29 dekabr, AZƏRTAC

Bu tədbirin əhəmiyyəti çox böyükdür. Burada toplanan bütün məlumatlar və təcrübələr narkomaniya ilə mübarizədə vacib rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, gənclərlə işləyərkən ünvanlılıq çox önəmlidir: "Düzdür, narkomaniya müxtəlif qruplara təsir göstərir, bu bəladan qaçmaq çox çətindir. Bu mübarizə çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən "Sən daha güclüsən" adlı metodoloji nəşr hazırlanıb. Məktəblərdə bu metodologiya əsasında maarifləndirmə aparılır, məktəblilərə narkomaniyaya necə "yox" demək yolları öyrədilir".

Nazir müavini idmanın gənclərin pis vərdişlərdən uzaqlaşmasında müstəsna rol oynadığını vurğulayıb.

İndira Hacıyeva Gənclər və İdman Nazirliyinin narkomaniya ilə mübarizə çərçivəsində gördüyü işlərdən də söz açıb. Bu il Gənclər Evləri və onların psixoloqları tərəfindən gənclər və onların valideynləri ilə ümumilikdə 50 görüş, təlim və seminar keçirildiyini qeyd edib: "Həmin tədbirlərdə 2 min 300 gənc iştirak edib. Həmçinin nazirlik tərəfindən 41 Gənclər Düşərgəsi təşkil olunub. Orada gənclərlə narkotiklə mübarizə mövzusunda müzakirələr aparılıb, onların fikirləri dinlənilib".

Seçilən
99
azertag.az

1Mənbələr