ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Türkiyədə bəzi dövlət məktəblərinin Yeni il bayramına qarşı paylaşımlar etməsi gərgin müzakirələrə yol açıb.
Qaynarinfo-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqının (Eğitim ve Bilim İşgörenleri Sendikası) Bursa şöbəsinin sədri Özkan Rona bu paylaşımlara sərt reaksiya verib.
Onun sözlərinə görə, bu yanaşma geridəqalmış düşüncə tərzinin məhsuludur və elmi təhsil prinsipləri ilə uzlaşmır.
Rona, Türkiyənin müxtəlif şəhərlərində yerləşən məktəblərdə Yeni il qeyd olunmasına qarşı çəkilmiş videoların ictimaiyyətə təqdim olunmasına diqqət çəkərək bildirib ki, bu hallar dünyəvi və elmi təhsil prinsipləri ilə ziddiyyət təşkil edir. O qeyd edib: "Dini rejimlə idarə olunan ölkələrdə belə rast gəlinməyən bu cür ittihamedici və ayrı-seçkilik dövlət məktəblərində, uşaqlar vasitəsilə yayılır.”
Yeni ili qeyd edən ictimaiyyət üzvlərinin hədəfə alındığını vurğulayan Rona əlavə edib: "Günahsız kimi görünən bu dini təşkilatlanma vasitəsilə Yeni ili qeyd edənlər düşmən kimi göstərilir və cəmiyyətdən kənarlaşdırılır. Cəmiyyətin geniş bir hissəsi dinə xəyanət etmiş və ya başqa dinlərin təsirinə düşmüş kimi ittiham olunaraq açıq şəkildə hədəf seçilir.”
Yeni ilin dinlə əlaqələndirilərək qadağan edilməsinin əsassız olduğunu deyən Rona bildirib: "Bu, böyük bir yalandır. Dünyada Yeni ilin dini baxımdan uyğun olmadığını iddia edən yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Digər bütün İslam ölkələrində Yeni ilin qeyd olunması üçün dövlət tərəfindən meydanlar hazırlanır, tədbirlər təşkil olunur və bayramlar keçirilir.”
Təhsil müəssisələrinin ideoloji yönləndirmə vasitəsinə çevrilməsinin yolverilməz olduğunu vurğulayan Rona əlavə edib: "Türkiyədə təhsil proqramı çərçivəsində məktəblərə və müəllimlərə bu istiqamətdə heç bir məsuliyyət verilmədiyi halda, məktəblərin və şagirdlərin bu geridəqalmış propaqandaya alət olunması, cəmiyyətin parçalanması və qütbləşmənin uşaqların şüuruna erkən yaşlardan yeridilməsi, bu məqsədlə videoların çəkilərək yayılması qanunvericiliyə görə açıq şəkildə cinayət hesab olunur.”
Sonda Rona qeyd edib: "Təriqətlərin imam-hatip məktəbləri və ‘ÇEDES’ layihəsi çərçivəsində həyata keçirdiyi bu təşəbbüslər təhsildəki qaranlıq məqsədləri üzə çıxarır. Uşaqlardan və məktəblərdən əllərinizi çəkin. Məktəblər xalqındır, təriqətlərin deyil.”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.