ain.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Zalujnı Böyük Britaniyadakı səfir vəzifəsindən ayrılmağı planlaşdırır
Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnı yanvarın əvvəlində diplomatik vəzifəsindən ayrıldığını elan edə bilər.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın “Radio NV” dörd siyasi və diplomatik dairələrdəki mənbəsinə istinadən məlumat yayıb.
Ukrayna prezidentinin ofisinə yaxın mənbələrin sözlərinə görə, Zalujnı Kiyevdə olarkən bir neçə həftə əvvəl Vladimir Zelenskiyə istefa vermək istəyini bildirib.
Mənbələrin iddialarına görə, Zalujnı Zelenski ilə birlikdə sabiq baş komandan üçün baş nazirlikdən prezident administrasiyasının rəhbərliyinə qədər müxtəlif vəzifələri müzakirə edib, lakin Zalujnı "o vaxt maraq göstərməyib".
"Yəqin ki, Zalujnı Kiyevə qayıtmaq istəyir, əgər heç bir şey onun qərarına təsir etməsə, gələn il yanvarın 4-5-də bunu elan edə bilər", - deyə Radio NV-nin həmsöhbətlərindən biri əlavə edib.
Almaz Həsənli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.