Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün müəyyənləşdirdiyi qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix açıqlanıb.
Bu barədə "apasport"a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Siyahı Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
"Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
Elnur Məmmədov: “Dünya İdman Paytaxtı” seçilməsi Bakıya yeni imkanlar açır”
Bakı “Dünya İdman Paytaxtı” elan olunub - FOTO
Azərbaycanlı xanəndə Avropa çempionu olub