Avropa Cüdo Birliyinin rəsmi saytında Azərbaycanda katanın inkişafından bəhs edən məqalə dərc olunub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Yazıda ölkədə katanın inkişafının ardıcıl şəkildə davam etdiyi və bu istiqamətdə Azərbaycan çempionatı keçirildiyi qeyd olunub. Həmçinin kata hakimləri üzrə seminarların da təşkil olunduğu vurğulanıb.
Məqalədə federasiyanın kata mədəniyyətinin formalaşmasına verdiyi dəstək və beynəlxalq arenada qazanılan ilk kata medalına xüsusi yer ayrılıb.