Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, buraxılış Rusiyanın Uzaq Şərqində yerləşən "Vostoçnı kosmodrom"ndan həyata keçirilib. Peyklər Yer səthindən təxminən 500 kilometr hündürlükdə orbitə yerləşdirilib.
Rəsmi açıqlamaya əsasən, peyklər əsasən ekoloji monitorinq, kənd təsərrüfatı və Yer səthinin məsafədən müşahidəsi məqsədləri üçün nəzərdə tutulub. Missiyanın əsas elementi "Paya" peyki hesab olunur. Bu aparat İranın indiyədək orbitə çıxardığı ən iri və texnoloji baxımdan ən mürəkkəb Yer müşahidə peykidir.
Qeyd olunur ki, İran və Rusiya arasında peyk texnologiyaları sahəsində əməkdaşlıq artıq təxminən 20 ildir davam edir. Bu əməkdaşlıq çərçivəsində bir sıra birgə layihələr və texniki dəstək proqramları həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31