AZ

Tramp Zelenskini “Tramp tortu”na qonaq etdi – Menyu


ABŞ-də keçirilən danışıqlarda ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini onun adını daşıyan şokoladlı torta qonaq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ikitərəfli görüşlərin qaydalarına əsasən, ev sahibi ölkə tərəfindən hazırlanan menyuda ənənəvi Amerika yeməkləri öz əksini tapıb.
Belə ki, ABŞ Prezidenti Donald Trampın Floridadakı iqamətgahında keçirilən danışıqlar zamanı Ukrayna nümayəndə heyətinə həmçinin, toyuq bulyonu, kartof qızartması və bifşteks təqdim edilib.
Qeyd edək ki, “The Telegraph” qəzetinin məlumatına görə, bu, Trampın xarici qonaqları öz adını daşıyan yeməklərlə qonaq etməsi ilə bağlı ilk hal deyil. Belə ki, Mar-a-Lago menyusunda Trampın adını daşıyan “Tramp Kub Salatı” adlı salat da var.
Seçilən
61
yeniavaz.com

1Mənbələr