ain.az, Qaynarinfo saytına istinadən bildirir.
Maliyyə Nazirliyinin Abşeron-Xızı Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi dəyişib.
Qaynarinfo-nun məlumatına görə, idarəyə rəhbərlik edən Məmmədov Bəhruz Məmməd oğlunu Orxan Məmişzadə əvəz edib.
Orxan Məmişzadə bundan əvvəl Maliyyə Nazirliyinin Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi olub.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi vəzifəsinə isə Mülkədarov Nurlan Qələndar oğlu gətirilib.
Hər iki təyinatla bağlı nazir Sahil Babayev müvafiq əmrlər imzalayıb.
Əhməd
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.