Larisa Dolina mənzili boşaltmaqdan imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi alıcı Polina Luryenin vəkili Anastasiya Sviridenkoya istinadən məlumat verib. Müğənni alıcının xahişini rədd edib, yanvarın 5-dən tez çıxmayacağını bildirib.
Məlumata görə, rusiyalı müğənni Larisa Dolina mübahisəli mənzili dekabrın 30-dək boşaltmaq barədə alıcının xahişini geri çevirib.
Vəkilin sözlərinə görə, Larisa Dolina bəyan edib ki, o və ailəsi mənzildən ən tezi yanvarın 5-də köçəcəklər.
Beləliklə, müğənni məhkəmə qərarına və alıcının tələbinə baxmayaraq, bayram günlərini həmin evdə keçirmək niyyətindədir.
Xuraman Etibarlı
İnterpress.az