AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 3 polis şəhid olub, 6 terrorçu zərərsizləşdirilib - Yenilənib

Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub...

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb, 6 terrorçu zərərsizləşdirilib.

***

Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı atışma baş verib, 7 polis əməkdaşı yaralanıb.

Bu barədə "Report" "HaberGlobal"a istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə Yalova ilində baş verib. Belə ki, Elmalık kəndinə gedən yolda yerləşən evdə İŞİD terror təşkilatını hədəf alan əməliyyat keçirilib. Əməliyyat zamanı evdə olan şübhəli şəxslər atəş açıb və nəticədə 7 polis əməkdaşı yaralanıb.

Bursa şəhərindən gələn xüsusi təyinatlı polislərin də dəstəklədiyi əməliyyat bölgədə təhlükəsizlik tədbirləri görülməklə davam edir.

Yaralanan polislərin həyati təhlükəsi yoxdur.

Poliqon.info

Seçilən
8
29
poliqon.info

6Mənbələr