AZ

Ronaldo müsəlman olub? - "İnşallah" sözü və səcdəsi

“Globe Soccer Awards” mərasimində “Yaxın Şərqin ən yaxşı futbolçusu” mükafatını alan Kriştiano Ronaldo çıxışı ilə gündəm olub.

“Ölkə.Az” xəbər verir ki, onun “inşallah” sözünü dilə gətirməsi böyük marağa səbəb olub:

“Bu tədbir mənim üçün hər zaman önəmli olub. Zalda çox sayda sevdiyim insan var. Xüsusən də həyat yoldaşımın burada iştirakını qeyd etmək istərdim. Oynamağa davam etmək çətindir. Amma motivasiyam var. İnşallah, zədə almaram. Gecədən həzz alın”. 

Hazırda 956 dəfə qapı torunu silkələyən superulduz bundan xeyli müddət öncə qol sevnici zamanı səcdə etməsi ilə gündəmə gəlmişdi. 

Bütün bunlara görə Ronaldonun müsəlman olduğuna və ya olacağına inananların sayını artırıb. Sosial şəbəkələrdə bəzi rəylərdə hətta onun artıq İslam dinini qəbul etdiyini yazanlar da az deyil. Təbii ki, sözügedən müzakirələr elə müzakirə səviyyəsində yaxud müsəlman kəsimin arzusu kimi qiymətləndirilə bilər. Çünki Kriştianonun qol sevinci zamanı xristianlara xas olan hərəkəti etdiyi zaman da olub. Həmçinin onun penalti zərbəsi vurarkən ağız hərəkətlərinə əsasən "Bismillah" dediyi də iddialar sırasındadır. Belə bir video da sosial şəbəkələrdə paylaşılıb.

Bundan öncə yazılan xəbərlərdə Ronaldonun həmişə İslamı qəbul etməkdə maraqlı olduğu qeyd edilir. 2023-cü ilin qışında "Əl-Nəssr"ə keçməzdən əvvəl onun keçmiş Real Madrid komanda yoldaşları Məsut Özil və Kərim Benzema onu müsəlman olmağa inandırmağa çalışdığı bildirilib.

Keçən il portuqaliyalı ulduzla oynayan Abdulla televiziya proqramlarından birində çıxış edərək bunları deyib:

"Mən həqiqətən Ronaldonun İslam dinini qəbul etmək istədiyini düşünürəm. Onunla bu barədə danışdım və o, maraqlandığını bildirdi. Artıq bir dəfə olub ki, o, meydanda səcdə edib, həmişə digər oyunçuları namaz qılmağa və İslam əmrlərinə əməl etməyə təşviq edib. Hər dəfə məşq olanda və azan səslənəndə Ronaldo məşqi dayandırmağı xahiş edərdi və ancaq azan bitəndən sonra davam etdirərdi". 

“Globe Soccer Awards” mərasimində bir zamanların ulduzu olan fransalı futbolçu Pol Poqba onun haqqında danışarkən deyib:

"Kriştiano, futbolçu kimi hər birimizi ilhamlandırdın. Sən bunu gələcək nəsil üçün etdin. Böyük təşəkkür edirəm".

Gələcəyin ulduzu sayılan "Barcelona"nın Lamin Yamalı da isə belə çıxış edib: 

“Özünü kiminləsə müqayisə etməmək ən yaxşısıdır. Mən də öz yolumla getmək istəyirəm. Kriştiano Ronaldo kimi oyunçular ona görə böyük uğurlar qazandılar ki, başqaları ilə müqayisə olunmağı deyil, yalnız özləri olmağı seçdilər”.

Seçilən
18
50
olke.az

10Mənbələr