AZ

“Lənkəran” qış yuxusuna getməyəcək, heyətini gücləndirəcək

Region Liqasının onuncu turunda səfərdə “Naxçıvan”a 4:0 hesabı ilə qalib gələn “Lənkəran” qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanıb.

Sportinfo.az xəbər verir ki, cənub zonasında mübarizə aparan kollektivin baş məşqçi Nahid Salmanov fasilə dövründə yeni oyunçular cəlb edəcəklərini bildirib.

Komandada çatışmazlıqlar olduğunu söyləyən mütəxəssis son oyunun da bu sıxıntılara görə çətin keçdiyini vurğulayıb.

O, ikinci dövrəyə ciddi hazırlaşacaqlarını, heyəti gücləndirəcəklərini söyləyib:

“Komandadan razıyam. Çatışmazlıqlar üzərində işləyəcəyik və oyundan-oyuna o səhvləri etməməyə çalışacağıq”.

Seçilən
36
50
sportinfo.az

10Mənbələr