AZ

Mərdanov buna görə vəzifəsini itirib – İDDİA

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin tabeliyindəki İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika İnistutlarının bazasında Riyaziyyat İnistitu yaradılıb. Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə həyata keçirilən bu islahat nəticəsində Riyaziyyat və Mexanika İnistitunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov vəzifəsini itirib.

Metbuat.az bu mövzuda maraqlı məlumat əldə edib. İddia olunub ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki iki institutun birləşdirilməsində əsas məqsəd keçmiş nazir Misir Mərdanovu cəzalandırmaq olub. 79 yaşlı nazirin son vaxtlar qalmaqallı açıqlamalarla gundəmə gəlməsi təhsil sektorunda narazılıqla qarşılanıb. Elm və Təhsil Nazirliyinin rəhbərliyi Mərdanovun tənqidi mövqeyinin digər vəzifəli təhsil işçilərini də cəsarətləndirəcəyindən ehtiyyatlandığı üçün onu cəzalandırmağa qərar verib. Nazirliyin məsul şəxsləri kifayət qədər yüksək vəzifə daşıyan Mərdanovun rəhbərliyi altında tənqidçi mühitin fornalaşmasını istəmədiyi üçün ona göz dağı vermək qərarına gəlib. Mərdanovun tənqidi çıxışlarından ürəklənərək, təhsil sektorundakı problemləri dilə gətirən ziyalıların sırasının genişlənməsi “profilaktik tədbirləri” qaçılmaz edib.

Seçilən
13
5
editor.az

6Mənbələr