Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev “Azərbaycan mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif edilib.
KONKRET.az xəbər verir ki, bunu AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
“Ötən əsrin 70-ci illərində rəhbərlik etdiyi “Qobustan” dərgisi ilə mətbuatımıza milli ruh gətirən Xalq yazıçısı Anara “Azərbaycan mətbuatının 150 illiyi” yubiley medalı təqdim olundu”, – R.Məcid vurğulayıb.
Medalı Xalq yazıçısına Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli təqdim edib.
Xatırladaq ki, Xalq yazıçı Anar Rzayev daha öncə, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı, Azərbaycan Respublikasının Xalq yazıçısı, “İstiqlal” ordeni, “Şöhrət” ordeni, “Şərəf” ordeni, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, “Heydər Əliyev Mükafatı”, “Humay” mükafatı, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Şərəf” medalı, “Üzeyir Hacıbəyli” medalı, “Nizami Gəncəvinin 880 illiyi (1141–2021)” xatirə nişanı, “Əmək” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb.
