AZ

“Neftçi”nin qapıçısı “Qəbələ”yə keçir

"Neftçi"nin qapıçısı Rza Cəfərov klubunu dəyişir. 

Bizim.Media xəbər verir ki, gənc qapıçı "Qəbələ"yə keçir.

"Qəbələ" onu mövsümün sonuna qədər icarəyə götürəcək. Cəfərovun "Neftçi"dən getməsinə səbəb davamlı oynamaq arzusunda olmasıdır. 

Qeyd edək ki, Rza bu mövsüm "Neftçi"nin heyətində bir rəsmi oyuna belə çıxmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
42
1
bizim.media

2Mənbələr