AZ

Tramp Zelenski ilə danışıqları uğurlu adlandırıb

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqları uğurlu qiymətləndirib. Vətəninfo.az xəbər verir ki, Ağ Evin aparat rəhbəri mətbuat konfransında Avropa liderləri ilə keçirilən müzakirələrə toxunaraq bildirib ki, tərəflər sülh sazişinin imzalanmasına xeyli yaxınlaşıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski isə açıqlamasında Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətlərinin təxminən 90 faizinin artıq razılaşdırıldığını deyib. Onun sözlərinə görə, danışıqlar zamanı bir sıra təfərrüatlar üzrə də razılıq əldə olunub.

Zelenski, həmçinin yanvar ayında ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə növbəti görüşün keçirilə biləcəyini bildirib.

Seçilən
13
veteninfo.az

1Mənbələr