Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV və aksizə sıfır dərəcə ilə cəlb ediləcək.
Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, aksizli malların ixracı və Azərbaycan Respublikasının ərazisində istehsal edilən, rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi sıfır dərəcəsi ilə vergiyə cəlb olunacaq.
Mövcud qanunvericiliyə görə, aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.