AZ

Tusk: Ukrayna üzrə sülh danışıqlarının başa çatmasına hələ çox var

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polşanın Baş naziri Donald Tusk Ukrayna üzrə sülh danışıqlarının yekunlaşmasının hələ uzaq perspektiv olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tusk ABŞ Prezidenti Donald Tramp ilə Vladimir Zelenski arasında keçirilən görüşdən sonra Avropa liderləri ilə aparılan gecə məsləhətləşmələrinin yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

“Danışıqların başa çatmasına hələ çox var”, – deyə o qeyd edib.

Polşa hökumətinin başçısı ABŞ tərəfinin Kiyev üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazır olması barədə bəyanatını danışıqların “uğuru” kimi qiymətləndirib. Bununla yanaşı, Tusk vurğulayıb ki, Ukraynada Rusiyanın şərtləri ilə sülhün bağlanması “Qərbin və Ukraynanın qarşıdurmada məğlubiyyəti” demək olardı.

Donald Tramp Vladimir Zelenskini dekabrın 28-də Florida ştatının Uest-Palm-Biç yaxınlığında yerləşən Mar-a-Laqo iqamətgahında qəbul edib. İki saatdan çox davam edən ikitərəfli danışıqlardan sonra Tramp və Zelenski Avropa liderləri ilə videobağlantı vasitəsilə müzakirələr aparıblar. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin sözlərinə görə, söhbət əsasən təhlükəsizlik zəmanətlərindən gedib.

Zelenski ilə birgə mətbuat konfransında Tramp ərazi məsələsinin hələ də həll olunmadığını etiraf edib. O, hazırda Rusiya, ABŞ və Ukraynanın razılaşmaya “indiyədək olduğundan daha yaxın” olduqlarını bildirib. ABŞ prezidentinin proqnozuna görə, razılaşma “bir neçə həftə” ərzində əldə oluna bilər. Bununla belə, Tramp razılaşmanın ümumiyyətlə mümkün olmaya biləcəyini də istisna etməyib. Öz növbəsində, Zelenski Ukraynanın ərazi güzəştləri ilə bağlı mövqeyinin hələ də Rusiya mövqeyi ilə üst-üstə düşmədiyini qeyd edib.

Zelenski ilə görüş ərəfəsində Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Tramp söhbəti çox yaxşı və məhsuldar kimi dəyərləndirib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, telefon danışığı zamanı Tramp Putinin arqumentlərini və Rusiya tərəfinin qiymətləndirmələrini diqqətlə dinləyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
50
bizimyol.info

10Mənbələr