Naxçıvanda 1 575 abonentin qaz təchizatı dayandırılacaq.
BAKU.WS xəbər verir ki, buna səbəb korroziyaya uğramış boruların təmiridir.
Belə ki, Naxçıvan şəhər, 12-ci məhəllə, Bahadur Abbasov və Yunis Cabbarov küçələrində saat 14:30-dan 16:30-dək 950 abonentin, Sədərək rayonunun Sədərək kəndində saat 15:00-dan 16:30-dək 270 abonentin, Babək rayonunun Nehrəm qəsəbəsində təmir-bərpa işləri ilə əlaqədar saat 14:30-dək 355 abonentin qaz təchizatı dayandırılacaq.