AZ

Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

İkinci Qarabağ müharibəsi dövründə siyasi əqidəsindən, sosial statusundan, tutduğu vəzifədən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı yüksək səviyyədə milli həmrəylik nümayiş etdirmişdir. Müharibə müddətində xalqımız dövlət başçısının nümayiş etdirdiyi qətiyyətə, güclü siyasi iradəyə və prinsipial mövqeyə şahid olmuşdur. Prezident İlham Əliyevin liderlik nümunəsi Azərbaycan xalqını Zəfərə ruhlandırmış, dövlət başçısının vətənpərvər mövqeyi torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədə ümummilli həmrəyliyi təmin etmişdir. Ali Baş Komandanın qətiyyəti və müharibənin ilk günlərindən etibarən nümayiş etdirdiyi hərbi-siyasi əzm hər bir azərbaycanlının öz rəhbərinin ətrafında daha sıx birləşməsinə səbəb olmuşdur.

Qeyd edilməlidir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Vətən müharibəsi dövründə misilsiz fəallıq göstərmiş, milli həmrəylik ruhunda daha sıx birləşmişlər. Onlar yaşadıqları ölkələrdə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmiş, düşmən qüvvələrin və anti-Azərbaycan dairələrinin məkrli təxribatlarına qarşı prinsipial və cəsarətli mövqe sərgiləmişlər. Xaricdə yaşayan soydaşlarımızın göstərdiyi bu fədakar fəaliyyət Qələbəmizin təmin olunmasında mühüm mənəvi-siyasi töhfə kimi dəyərləndirilir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət və dövlətçilik ideyalarına sədaqət kimi ali dəyərləri özündə ehtiva edir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verir, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasında, zəngin milli-mədəni irsimizin təbliğində və erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyətli mövqe nümayiş etdirirlər.

Azərbaycan dövlətinin ardıcıl dəstəyi nəticəsində dünya azərbaycanlıları qardaş və dost xalqların diaspor və lobbi təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələri qurur, ölkəmizin tarixinin, milli-mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin nəsildən-nəslə ötürülməsi istiqamətində mühüm fəaliyyət həyata keçirirlər.

Azərbaycan dövlətçiliyinə, ana dilimizə, dinimizə, milli-mənəvi varlığımıza və ümumbəşəri dəyərlərə hörmət prinsiplərinə əsaslanan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dahi dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi əlamətdar tarixi günlərdən biridir. Bu əlamətdar gün hər bir azərbaycanlını Vətənə sədaqət, milli məsuliyyət və Azərbaycanın davamlı inkişafı naminə birgə fəaliyyət göstərməyə səsləyir.Şamo Qasımov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
50
sesqazeti.az

10Mənbələr