Bakı. Trend:
Azərbaycanda regional və beynəlxalq təşkilatlara üzvlükçərçivəsində qanunvericilik təkmilləşdirilib.
Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi “İstehlakçıların hüquqlarınınmüdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlətrüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsindəakkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlardaedilən dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, yeni dəyişikliklə uyğunluğu qiymətləndirənqurumların əhatə dairəsi genişləndirilir və səriştəliliksınaqlarının təşkili üzrə təminatçıların, validasiya orqanlarınınvə verifikasiya orqanlarının da uyğunluğu qiymətləndirən qurumlarsırasına daxil edilməsi təmin edilib, bununla əlaqədar qanuna yenianlayışlar (səriştəlilik sınağı, validasiya, verifikasiya) əlavəedilib, eləcə də uyğunlaşdırılma çərçivəsində "İstehlakçılarınhüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsihaqqında", "Dövlət rüsumu haqqında" və "Standartlaşdırma haqqında"qanunlarda düzəlişlər edilib.
Qanun uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyasisteminin təkmilləşdirilməsinə və beynəlxalq təcrübəyəuyğunlaşdırılmasına, bununla da akkreditasiya edilmiş uyğunluğuqiymətləndirən qurumlar tərəfindən verilən uyğunluq sənədlərinin(müvafiq sertifikatların, sınaq nəticələrinin və s.) beynəlxalqsəviyyədə tanınmasına xidmət edəcək.
Qeyd edək ki, ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixlisərəncamı ilə təsdiqlənmiş "Milli standartlaşdırma sistemininbeynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illərüçün Dövlət Proqramı"nın 2.1-ci bəndində milli akkreditasiyaqurumunun ISO/IEC17011 beynəlxalq standartın tələblərinəuyğunlaşdırılması, müvafiq akkreditasiya üzrə beynəlxalq vəregional təşkilatlara tamhüquqlu üzvlüyünün təmin edilməsi vəqarşılıqlı tanınma sazişlərinin bağlanılması nəzərdə tutulub.Həyata keçirilən işlər çərçivəsində milli akkreditasiya qurumu -Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya MərkəziLaboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq ƏməkdaşlıqTəşkilatına (International Laboratory Accreditation Cooperation -ILAC) və Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC)tamhüquqlu üzv qəbul edilib.