AZ

Bır sıra vergi ödəyiciləri üçün əmlak vergisi güzəştinin həcmi azaldılır

Bakı. Trend:

Təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərənvergi ödəyicilərinə əmlak vergisi güzəştinin həcmi azaldılacaq.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Sənədə əsasən, vergitutma məqsədləri üçün müəssisənin və fərdisahibkarın əmlakının dəyəri təhsil, tibb, mədəniyyət və idmansahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin yalnız busahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərə münasibətdəonların dəyərinin 75 faizi həddindəazaldılacaq.

Yəni, təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyətgöstərən vergi ödəyicilərinə 100 faiz həddindətətbiq edilən əmlak vergisi güzəşti 75 faizhəddində tətbiq ediləcək.

Seçilən
58
az.trend.az

1Mənbələr