AZ

Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi -Fotolar



Veysəloğlu Şirkətlər Qrupu Bakıda yerləşən “Elite Events Hall” məkanında əməkdaşları ilə birlikdə korporativ Yeni İl bayramını qeyd edib. Şirkətlər Qrupunun rəhbər heyəti də daxil olmaqla 1200-dən artıq əməkdaş gecəyə qatılıb və birlikdə bayram əhval-ruhiyyəsi yaşayıblar.

Rəsmi açılış və salamlama ilə başlayan gecədə Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov əməkdaşları Yeni İl münasibətilə təbrik edərək, ötən il ərzində əldə olunan nəticələr, komanda birliyi və qarşıdakı dövr üçün hədəflərlə bağlı fikirlərini bölüşüb.

Daha sonra Şirkətlər Qrupuna daxil olan bizneslərin korporativ Yeni İl təbriklərini əks etdirən videoçarxlar nümayiş olunub.

Gecənin bədii hissəsi Dövlət Rəqs Ansamblının çıxışı və milli oyun havaları ilə davam edib. Tədbir proqramında Azərbaycanın tanınmış sənətçilərinin çıxışları xüsusi maraqla qarşılanıb. Xalq artisti Röya Ayxanın səhnə performansı gecəyə rəng qatıb.

Tədbirin ortalarında Veysəloğlu Şirkətlər Qrupuna daxil olan müxtəlif bizneslərin təmsilçiləri arasında əvvəlcədən keçirilən yarışmanın qalibləri təqdir olunub.

Proqram çərçivəsində Xəzər Qrupunun ifasında rəqs və oyun havaları, müxtəlif aktivasiya və şou elementləri təqdim edilib. Rəqs ansamblının növbəti çıxışı, gənc ifaçı Mərdan Kazımovun qrup ilə səhnə performansı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Gecənin ən həyəcanlı məqamlarından biri əməkdaşlar arasında keçirilən yarışma olub. Yarışma iki mərhələdə təşkil edilib və qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Proqram Xalq artisti Faiq Ağayevin çıxışı, Dövlət Rəqs Ansamblının yekun nömrələri, milli musiqilər və DJ Proxxy-nin ifasında musiqi proqramı ilə davam edib.

Korporativ Yeni İl tədbiri Veysəloğlu Şirkətlər Qrupunda formalaşmış güclü komanda ruhunun, birlik və həmrəyliyin nümayişi olmaqla yanaşı, əməkdaşlar üçün unudulmaz bayram gecəsi olub.




Seçilən
31
41
aia.az

10Mənbələr