Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edərsə, ABŞ və Avropa Kiyevə yardım göstərməyə davam edəcək.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezident Vladimir Zelenski ABŞ-dan Avropaya gedərkən media ilə onlayn söhbəti zamanı deyib.
"Sülhün alternativi yoxdur. Biz amerikalılarla birlikdə - bu barədə vahid mövqeyimiz var - müharibənin diplomatik yolla başa çatması üçün Rusiyaya təzyiq göstərməliyik. Əks halda, müharibə davam edəcək..
Əlbəttə ki, müharibə davam edərsə, amerikalılar avropalılarla birlikdə Ukraynaya kömək etməyə davam edəcəklər, çünki biz bu müharibədə özümüzü müdafiə edirik, döyüşürük, təcavüzkar deyilik", - deyə Zelenski bildirib.