AZ

İTSF-nin əhatə dairəsi genişləndirilir: bir sıra xəstəliklərin müalicə xərclərini Fond qarşılayacaq

Bakı. Trend:

İrsi qan xəstəliyi olan şəxslərin müayinəsi və müalicəsi üzrətədbirlərin maliyyələşdirilməsi qaydalarında dəyişiklikediləcək.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuşşəxslərə dövlət qayğısı haqqında” Qanunda dəyişiklik edilməsibarədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, talassemiya irsi qan xəstəliyiolan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsidövlət büdcəsi vəsaiti hesabına,hemofiliya irsi qan xəstəliyi olan şəxslərəmünasibətdə isə icbari tibbi sığorta vəsaitihesabına maliyyələşdiriləcək.

Həmçinin 2026-cı ildə aşağıdakı dövlət proqram və tədbirləriüzrə xərclərin icrası İcbari Tibbi Sığorta Fondunun (İTSF)vəsaitləri hesabına həyata keçiriləcək:

  • Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər;
  • Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər ilə bağlıxərclər;
  • Hemofiliya xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər;
  • Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqlarınicbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlıxərclər;
  • "2023-2027-ci illər üzrə ixtioz və buliyoz epidermolizxəstəliklərinin müalicəsinə və profilaktikasına dair TədbirlərProqramı"nın maliyyələşdirilməsi ilə bağlı xərclər;
  • Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası vəonunla mübarizə tədbirləri ilə bağlı xərclər;
  • Vərəmlə mübarizə tədbirləri ilə bağlı xərclər;
  • Uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi ilə mübarizətədbirləri ilə bağlı xərclər.

"Tibbi sığorta haqqında" Qanunda təklif ediləndəyişikliyə əsasən, icbari tibbi sığortanın maliyyə mənbələrisiyahısı və illik xərci müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən təsdiq edilən səhiyyə sahəsindədövlət proqramları və tədbirlər üçün istifadə ediləcək.

Seçilən
40
12
az.trend.az

10Mənbələr