futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan Premyer Liqasında 16 turdan sonra ev oyunlarında ən yaxşı nəticə göstərən komanda “Qarabağ”dır.
Futbolpress.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 9 ev matçında 6 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub. Komanda bu görüşlərdə 20 xal toplayıb. 15 qol vuran “Qarabağ” 3-nü buraxıb.
“Zirə” bu göstəricidə ikinci sırada qərarlaşıb. Rəşad Sadıqovun komandası 9 ev oyununda 4 qələbə qazanıb, 5 heç-heçə edib. “Qartallar” hələlik evdə uduzmayan yeganə komandadır. Qol nisbəti 13-ün 5-ədir.
“Üçlüy”ü lider “Sabah” tamamlayır. “Bayquşlar” Masazırda 8 oyun keçirib və 5-ni qazanıb. Bir dəfə uduzan “Sabah” iki dəfə də heç-heçə edib. Komandanın qol nisbəti 11-in 3-ədir.
Ev oyunları statistikasının sonuncusu “Karvan-Yevlax”dır. Premyer Liqanın debütantı daha əvvəl rəqiblərini Şamaxıda, daha sonra Yevlaxda qəbul edib. Komanda hər iki məkanda qələbə üzü görməyib. Yeganə heç-heçəsi Yevlaxda olan kollektiv 8 görüşdə də uduzub. Qol nisbəi 6-nın 20-yədir. “Karvan-Yevlax” çempionatda ev matçlarında ən çox qol buraxan komandadır.
Premyer Liqada ilk dövrənin ev oyunlarında qazanılan xallar:
1. Qarabağ – 20 xal
2. Zirə – 17 xal
3. Sabah – 17 xal
4. Araz-Naxçıvan – 17 xal
5. Sumqayıt – 13 xal
6. Turan Tovuz – 10 xal
7. Şamaxı – 10 xal
8. Neftçi – 8xal
9. Qəbələ – 6 xal
10. İmişli – 4 xal
11. Kəpəz – 3 xal
12. Karvan-Yevlax – 1 xal.
Şahin Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.