“Real” “Borussiya Dortmund”un müdafiəçisi Niko Şlotterbek uğrunda mübarizəyə qoşulub.
Publika.az xəbər verir ki, bu barədə “Blid” nəşri məlumat yayıb.
Almaniyalı mərkəz müdafiəçisi Dortmund klubunun təklif etdiyi sərfəli müqaviləyə baxmayaraq, yayda komandadan ayrılmağa meyllidir. Şlotterbek Avropanın top səviyyəli klublarından birində çıxış etmək istəyir.
Onun “arılar”la müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Klub futbolçu üçün təxminən 70 milyon avro tələb edir. Lakin Şlotterbek müqavilənin uzadılmasından imtina edərsə, Bundesliqa təmsilçisi bu məbləği aşağı salmağa məcbur qala bilər.
“Real ” növbəti yay müdafiə xəttini gücləndirməyi planlaşdırır. Buna səbəb David Alaba və Antonio Rüdigerin klubdan ayrılmasının demək olar ki, dəqiqləşməsidir.