AZ

Netanyahu Trampla görüşdə bunu istəyəcək

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“İsrailin Baş naziri Benyamin Netanyahu bu axşam ABŞ Prezidenti Donald Tramp ilə keçirəcəyi görüşdə Vaşinqtonu İranın raket obyektlərinə zərbə endirmək üçün inandırmağa çalışacaq”​. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Netanyahu İranı İsrailin maraqlarına qarşı regional təhdid olaraq görməkdədir: “Bu səbəbdən, o, İsrail ordusunun zərbələri üçün icazə almaq, yaxud ABŞ Silahlı Qüvvələrinin birbaşa müdaxiləsinə nail olmaq niyyətindədir”. 

Bundan başqa, İsrailin Baş naziri həmsöhbətini Qəzza sektoruna münasibətdə daha sərt mövqe tutmağa və anklavın ərazilərindən İsrail qoşunları çıxarılmazdan əvvəl HƏMAS hərəkatının bölmələrinin güc yolu ilə tərksilah edilməsinə zəmanətlər əldə etməyə inandırmağa çalışacaq.

Qəzet iddia edir ki, Netanyahunun öz məqsədlərinə çatması çətin olacaq, çünki Ağ Ev sahibi hazırda Yaxın Şərqdə gərginliyin artmasından yayınmağa və öz sülh gündəliyinin həyata keçirilməsini davam etdirməyə çalışır.

Xatırladaq ki, bu il iyunun 13-də İsrail İrana hava zərbələri endirib. Zərbə nəticəsində İranda çox sayda yüksəkrütbəli hərbçi, general, nüvə alimləri və başqa rəsmilər ölüb. On bir gün davam edən İran-İsrail müharibəsi nəticəsində İran tərəfdən rəsmi olaraq 610 nəfər, İsrail tərəfdən isə 29 nəfər həlak olub. İyunun 24-nə keçən gecə ABŞ-nin dəstəyi ilə tərəflər arasında atəşkəs əldə edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
50
qafqazinfo.az

10Mənbələr