AZ

ABŞ şirkətləri müflisləşmə rekordları qırır

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin ilk 11 ayında ABŞ-da korporativ müflisləşmələrin sayı 15 illik maksimuma çatıb.

Qaynarinfo bu barədə "İnterfaks S&P Global Market Intelligence"ə istinadən xəbər verir.

Bu ilin yanvar-noyabr ayları arasında ən azı 717 şirkət müflisləşmə üçün müraciət edib. Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14% azdır. Bu tendensiyanın əsas səbəbləri kimi yüksək inflyasiya və yüksək faiz dərəcələri göstərilir. Digər bir amil ABŞ prezidenti Donald Trampın ticarət siyasətidir.

Nəşr qeyd edir ki, ən çox şirkət ABŞ administrasiyasının dəstək vəd etdiyi sənaye sektorunda müflisləşib. Sektor həmçinin xarici xammal və komponentlərə xərclənən xərclərin artmasından da əziyyət çəkib. Son 11 ayda 110 sənaye şirkəti müflisləşib və 70 mindən çox iş yeri yoxa çıxıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
qaynarinfo.az

1Mənbələr