Bakı. Trend:
Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə"Konstitusiya və Suverenlik İli" elan edilib. Bu il 1995-ci ilnoyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın ilkKonstitusiyasının 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin5-ci ildönümü qeyd olundu. Avqustun 8-də Vaşinqtonda ABŞ-ıniştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsimətninin paraflanması da çox mühüm hadisələrdən biri oldu.
Bunu Trend-ə Müharibə, Əməkvə Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik CəlilXəlilov başa çatmaqda olan 2025-ci ilin yekunları ilə əlaqədarbildirib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdəabadlıq-quruculuq işləri tam vüsətlə davam etdirildi, onlarlamüəssisə, yaşayış binası, yol və körpü istifadəyə verildi.Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkumolunan veteranlar istisna olmaqla, Vətən müharibəsində vəantiterror əməliyyatında iştirak edənlər və onların yaxınqohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşıdöyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-ninSilahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş vəqanunvericiliklə müəyyən edilmiş qaydada onlara bərabər tutulanşəxslər, həmçinin həmin döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkindüşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden vəmedalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azadedildilər. Elan edilmiş Amnistiya dövlətimizin başçısı tərəfindənbütün vətəndaşlara, eləcə də qazilərə qarşı humanizminingöstəricisidir. Bu Amnistiya bir daha sübut etdi ki, Azərbaycandövləti onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər birimkandan istifadə edir. Hesab edirəm ki, yola saldığımız ildövlətimizin və xalqımızın maraqları baxımından kifayət qədəruğurlu oldu.
2025-ci il təşkilatımız üçün də uğurlu il olub. Hesabat ilindəRespublika Veteranlar Təşkilatı icra hakimiyyəti orqanları, dövlətqurumları və digər təşkilatlarla birgə veteran hərəkatınıngenişlənməsində, şəhid ailələrinin, təşkilatda təmsil olunanveteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılması vəonların ölkənin ictimai həyatında fəallığının artırılması sahəsindəxeyli addımlar atıb. Hesabat ilində Ümummilli Lider Heydər Əliyevinanadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovetdövründə və müstəqilliyin bərpasından sonra onunla birgə,bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyinəməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin vəmüxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrininiştirakı ilə çoxlu tədbirlər keçirilib. Ötən dövr ərzindəveteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar- Ümumxalq Hüzn Günü, Xocalı soyqırımının ildönümü, 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü, 26 İyun - Azərbaycan SilahlıQüvvələri Günü, 27 Sentyabr - Anım Günü, 8 Noyabr - Zəfər Günü vədigər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilib.Həmçinin digər keçirilən tədbirlərdə Respublika VeteranlarTəşkilatının nümayəndələri fəal iştirak ediblər. Mart ayında“Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyininqarantıdır” mövzusunda, apreldə Şəki şəhərində “Zəfərdən zəfərəgedən yol”, Gəncə şəhəri Heydər Əliyev Mərkəzində “Zəfərdən zəfərəgedən yol”, mayda Naxçıvan şəhərində, iyunda Laçın rayonunda “8Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzularında konfranslarkeçirilib”.
Təşkilat sədrinin verdiyi məlumata görə, bu ilin ötən dövründətəşkilata müraciət etmiş 76 nəfər Qarabağ müharibəsi veteranı, 40nəfər Əmək veteranı, 26 nəfər Vətən müharibəsi iştirakçısı, 131nəfər veteran hərəkatının fəal üzvü, 5 nəfər Əfqanıstan müharibəsiveteranı, 2 nəfər şəhid ailəsi üzvü, 6 nəfər Silahlı Qüvvələrveteranı, 1 nəfər Çernobl əlili, 1 nəfər hərbi xidmət əlili olmaqlaümumilikdə 286 nəfər müxtəlif kateqoriyadan olanların sənədləriöyrənildikdən sonra üzvlüyə qəbul edilib. Ad günləri vəyubileylərlə əlaqədar veteranlara təbrik məktubları, FəxriFərmanlar hazırlanıb və ünvanlara göndərilib.
Müsahibimiz gənclərin vətənpərvərlik tərbiyəsiningücləndirilməsi sahəsində görülən işlərlə əlaqədar deyib: “Hesabatilində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığıistiqaməti üzrə işlər davam etdirilib. Həmin tədbirlərdə təşkilatınrəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri,tədbirin təşkil olunduğu ərazidə yaşayan fəal veteranlar, yerliicra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.Bakı şəhəri üzrə Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı,Səbail, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarındayerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər vəSlavyan universitetlərində, Müdafiə Nazirliyinin “N” saylı hərbihissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cüAzərbaycan diviziyalarının keçdiyi döyüş yolu haqqında, orduquruculuğuna və 2016-cı ilin Aprel döyüşlərinə aid mövzularda, UluÖndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr- Zəfər Günü” və digər mövzulara həsr edilmiş tədbirlər keçirilib.Həmin tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlikruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbixidmətə, Vətəni qorumağa daim hazır olmasına yönəldilib.
Veteranların müalicəsi və istirahətinin təmini məsələlərinətoxunan təşkilat sədri bildirib: “İl ərzində Mərdəkan VeteranlarXəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520 nəfər veteran vətəqaüdçü müalicə kursu keçib. Onlardan 9-na Respublika VeteranlarTəşkilatı tərəfindən göndəriş verilib, 2 nəfər veteranınsanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə kömək göstərilib.Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzi yaşlıveteranları təmənnasız tibbi müayinə və müalicə olunmaq üçün özhimayələrinə götürərək 5 illik müqavilə bağlanılıb, il ərzindəmərkəzin həkimlər briqadası tərəfindən 62 veteran tibbi müayinədənkeçirilib. Bundan başqa Bakı Şəhəri Herontoloji Mərkəzi təşkilatın50-dən artıq üzvü ilə “Veteranların Tibbi maarifləndirilməsi”mövzusunda tədbir keçirib. Müalicəyə ehtiyacı olan bir çoxveteranla bağlı isə əlaqədar tibbi müəssisələrinə müraciətləredilib, onların müalicəsi sahəsində konkret addımlar atılıb.Hesabat ili ərzində müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə,elektron poçt vasitəsilə daxil olmuş 276 müraciət cavablandırılıbvə digər təşkilatlara 234 sənəd göndərilib”.
Onun dediyinə görə, 2025-ci ildə İctimai Birliyin beynəlxalqəlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurladavam etdirilib: “Respublika Veteranlar Təşkilatının TürkDövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlartəşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları iləçoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıltəcrübələrinin öyrənilməsi, eyni zamanda, İkinci Dünya müharibəsizamanı 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycandiviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldəedilməsi, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan,Rusiya, Belarus, Gürcüstan, Tacikistan, Moldova, Almaniya,Avstriya, Macarıstan, Serbiya, Sloveniya, Polşa, Çexiya, Slovakiyavə İtaliyanın veteranlar təşkilatları haqqında məlumatlarıntoplanılması məqsədilə və qarşılıqlı səfərlərin təşkili iləəlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinəmüvafiq müraciətlər göndərilib.
İkinci Dünya müharibəsində Qələbənin 80 illik yubileyi iləəlaqədar "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların)İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin KoordinasiyaŞurası Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətənmüdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veterantəşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qorumasıveteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsininmühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalqkonfransda, Moskva şəhərində "Müstəqil Dövlətlərin veteranlarının(pensiyaçıların) İctimai Təşkilatları Birliyi" BeynəlxalqBirliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqildövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayınahazırlığının son mərhələsində Birliyin (MDB) veteranlartəşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və“Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında”iclaslarında iştirak etmişik. Hesabat ilində Belarusun ölkəmizdəkifövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib. RusiyaFederasiyası Dağıstan Respublikasının Bakı şəhərindəkinümayəndəsinin xahişi ilə onunla görüş təşkil edilib. GörüşdəÜmumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regionalbölməsi İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsrolunmuş Dağıstan və Azərbaycanın veteranlarının birgə forumundaiştirakı ilə əlaqədar nümayəndə heyətimizin həmin forumda iştirakıtəmin edilib. Ötən dövr ərzində respublikanın Mərkəzi Arxivindənİkinci Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiqgörülmüş azərbaycanlılar haqqında əlavə məlumatlar toplanılaraqtəşkilatın məlumat bazasına daxil edilib. MDB dövlətləri və Avropaölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuşhəmvətənlərimizin məzarlarının aşkarlanması və qorunub saxlanılmasıüçün həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diasportəşkilatları ilə birgə işlər aparılıb”,- deyə təşkilat sədri bu ilbeynəlxalq əməkdaşlıq sahəsində görülən işləri qeyd edib.