AZ

Ağdamın bir kəndində görüləcək işlərə 235.4 milyon sərf olunacaq

Baş Qərvənd kəndinin tikintisi layihəsi çərçivəsində fərdi yaşayış evləri, sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri, PTM, KTM, yüksək və alçaq gərginlikli xətlər və rabitə xətləri), daxili yolların, səkilərin və yaşıllaşdırma sahələrinin tikinti-quraşdırma işlərinə 235 397 662 AZN sərf olunacaq.

Pravda.az-ın xəbərinə görə, nəhəng layihə ilə bağlı işləri “Conkago j.s.a” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və “İMA Energy” MMC-nin hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti birliyi həyata keçirəcək.

Sifarişçi “Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və icraçılar arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, rəqabət təmin edilmədən “Bir mənbə metodu” tətbiq olunub.

AzPost.az

Seçilən
1
12
azpost.info

7Mənbələr