AZ

BMU nun yeni saytı istifadəyə verildi

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı Mühəndislik Universitetinin (BMU) rəqəmsal infrastrukturunun təkmilləşdirilməsi və xidmətlərin əlçatanlığının artırılması məqsədilə hazırlanan yeni rəsmi saytı istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, yenilənmiş platforma müasir tələblərə uyğun dizaynı, funksional strukturu və genişləndirilmiş imkanları ilə istifadəçilərə daha səmərəli informasiya mühiti təqdim edir (https://beu.edu.az/az).

Yeni sayt beynəlxalq standartlara uyğunlaşdırılaraq, universitet haqqında məlumatların daha sistemli şəkildə təqdim olunmasını, eləcə də elektron xidmətlərə çıxışın sadələşdirilməsini təmin edir. Platformada fakültələr, ixtisaslar, elmi-tədqiqat istiqamətləri, tələbə xidmətləri, beynəlxalq proqramlar və digər bölmələr üzrə məlumatlar optimallaşdırılıb.

Saytda, eyni zamanda adaptiv interfeys, təkmilləşdirilmiş axtarış sistemi, multimedia əsaslı məlumat təqdimatı, elektron müraciət və onlayn xidmət imkanları mövcuddur.

BMU-nun yeni saytının istifadəyə verilməsi universitetin rəqəmsal inkişaf strategiyasının növbəti mərhələsi olmaqla, ali təhsil müəssisəsinin fəaliyyətində şəffaflıq, operativlik və innovativ yanaşmaların genişləndirilməsinə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
24
qafqazinfo.az

10Mənbələr