AZ

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi



Rusiyanın keçən ilin dekabrında AZAL təyyarəsinin Aktauda vurulması ilə bağlı açılmış cinayət işinə xitam verməsi Azərbaycanda haqlı olaraq ciddi etiraza səbəb olub.

Məsələyə münasibət bildirən siyasi ekspert Çingiz Şahbazi Newscenter.az-a deyib ki, Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi:

“Hesab edirəm ki, bu məsələ ilə məşğul olan Rusiya rəsmiləri, ölkə açısından böyük səhvlərə yol verdilər. Çünki, Rusiya hərbi və geopolitik baxımdan çətin dövrdədir. Belə bir vaxtda belə qərarların verilməsi iki ölkə arasında münasibətlərin soyuq müstəviyə keçməsinə səbəb olur və sanki münasibətlərin pozulmasına xidmət göstərən qüvvələrin olduğunu mövcud qərar təsdiqləmiş olur. Bu baxımdan Rusiyanın hadisə ilə bağlı cinayət işinə xitam verilməsi qərarı, Azərbaycan üçün dərin siyasi və hüquqi narahatlıq doğuran amildir. İki ölkə arasında etimad zəifliyi əmələ gətirə bilər və strateji tərəfdaşlıqla bağlı ciddi suallar yarana bilər”.

Süleyman
Seçilən
22
50
newscenter.az

10Mənbələr