İsko müəyyən müddətdə futbol oynaya bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, “Betis”in kapitanı dizindən əməliyyat ediləcək. “Mundo Deportivo”nun yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçi ən azı bir ay meydana çıxmayacaq.
İsko noyabrın 27-də Avropa Liqasının “Utrext”lə matç zamanı komanda yoldaşı Sofyan Amrabat ilə toqquşma nəticəsində zədə alıb. Bundan əvvəl də zədədən əziyyət çəkən futbolçu bu mövsüm yalnız 2 oyunda meydana çıxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta