AZ

ABŞ bu planından imtina etdi

ABŞ ordusu 4-cü Dəniz Piyada Alayını Okinavadan çıxarmaq planından imtina edib. Alay Tayvanda mümkün hərbi münaqişə zamanı yaxın adalarda məhdudmiqyaslı əməliyyatlar aparmaq üçün nəzərdə tutulur.

Publika.az xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.

Bildirilib ki, daha əvvəl alayın Okinavadakı hərbi mövcudluğunu azaltmaq proqramı çərçivəsində Quam adasına köçürülməsi planlaşdırılırdı.

Lakin bu plan əməliyyat səbəblərinə görə yenidən nəzərdən keçirilib. ABŞ hərbi komandanlığı hesab edir ki, Quamdan Tayvan bölgəsinə məsafə təxminən 3000 kilometr, Okinavadan isə təxminən 500 kilometrdir. Bu isə fövqəladə vəziyyət zamanı alayın yerləşdirilmə müddətini əhəmiyyətli dərəcədə azaldır.

Qeyd edək ki, Vaşinqton və Tokio uzun illərdir Okinavada Amerika hərbi kontingentinin azaldılması ilə bağlı danışıqlar aparır.

Seçilən
30
2
publika.az

3Mənbələr