AZ

Rus ordusu Ukraynanın iki bölgəsində irəliləyir

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya ordusu Ukrayna ərazisində tədricən irəliləməyə davam edir. Xüsusilə, Donetskdəki Mirnoqradda və Zaporojye bölgəsindəki Hulyaipole yaxınlığında irəliləyişlər qeydə alınıb.

Reyting.az xəbər verir ki, bu barədə “DeepState” monitorinq layihəsi bildirib.

Hesabatda qeyd olunur ki, ruslar Mirnoqradda, Krasnıy Liman, Filial və Hulyaipole yaxınlığında irəliləyib.

Xatırladaq ki, ruslar bu yaxınlarda Mirnoqrad və Hulyaipoleni ələ keçirdiklərini iddia ediblər. Lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu məluamtın yalan olduğunu bildirib.

Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri rusların ilin sonuna qədər Pokrovsk ələ keçirə və Mirnoqradı mühasirəyə ala biləcəklərini proqnozlaşdırırlar.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
9
reyting.az

8Mənbələr