Uzun müddətdir PSJ-də oynayan braziliyalı müdafiəçi Markinyoş Fransa vətəndaşlığı almaq istəyir.
Msport.az xəbər verir ki, bu barədə o, özü deyib:
“Bu məsələ üzərində iş artıq başlayıb. Bu ölkənin mənə nə qədər çox şey verdiyini nümayiş etdirmək istəyirəm. Fransa vətəndaşı olmaqdan çox məmnun olardım. Artıq 13 ildir ki, burada yaşayıram. Uşaqlarım Parisdə anadan olublar. Gələcəkdə burada qalmağı düşünürəm”.
Qeyd edək ki, Markinyoşun Paris nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. 31 yaşlı müdafiəçinin bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.