AZ

İranda kütləvi etirazlar Polis gözyaşardıcı qazdan istifadə edir VİDEO

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın paytaxtı Tehranda etiraz aksiyaları başlayıb. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə şəhərin bir neçə rayonunda insanların küçələrə çıxdığı, şüarlar səsləndirdiyi və təhlükəsizlik qüvvələrinin əraziyə cəlb olunduğu görünür.Bakupost.az Güney Azərbaycanın teleqram kanallarına istinadən xəbər verir ki, Etirazçılar Ayətulla Xameneyi rejiminə etiraz edərək sosial və iqtisadi vəziyyətə narazılıqlarını bildiriblər. Laləzar küçəsində başlayan aksiyada xalq “Bu il evlərin ili olacaq, Seyid Əli devriləcək”, – şüarı səsləndiriblər.İlkin məlumatlara görə, etirazçılar iqtisadi, sosial, siyasi tələblər səsləndirir. Hazırda polis və xüsusi təyinatlı qüvvələr etirazların keçirildiyi ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirib. Polis qüvvələri tərəfindən insanlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Xalq və tacirlərin etirazları zamanı bir qrup aksiyasçı “Bişərf, Bişərf” şüarı ilə İran rejiminin təhlükəsizlik qüvvələrinə qarşı narazılıqlarını nümayiş etdirib.Güney Azərbaycanın qərb vilayətinin Nəcə şəhərində bazar işçiləri və tacirlər, Tehrandakı etirazlara dəstək olaraq tətil və aksiyalara qoşulublar.Rəsmi qurumlar hadisə ilə bağlı hələlik açıqlama verməyib. Hadisənin miqyası və mümkün saxlanılanlar barədə məlumatlar dəqiqləşdirilir.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
5
www.bakupost.az

10Mənbələr