AZ

AQTA fermerlər üçün maarifləndirici görüş keçirib

Operativmedia saytından alınan məlumata görə, ain.az bildirir.

Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən təsərrüfat sahibləri və fermerlərin iştirakı ilə bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrdən düzgün, səmərəli, təhlükəsiz və qanunvericiliyin tələblərinə uyğun istifadə qaydalarına dair maarifləndirici görüş keçirilib.Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Görüşdə pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqinin qanunvericiliyin tələbi olduğu, bu maddələrin səhv və nəzarətsiz istifadəsinin ciddi maliyyə, hüquqi və ekoloji fəsadlara yol aça biləcəyi, təhlükəsiz və düzgün istifadənin bitkiçilik məhsullarının məhsuldarlığının və keyfiyyətinin artırılmasında mühüm rol oynadığı fermerlərin diqqətinə çatdırılıb.

Görüş zamanı həmçinin, kənd təsərrüfatında istifadə olunan pestisidlərin düzgün tətbiq edilməməsinin torpağın, suyun və havanın çirklənməsinə, insan və heyvan sağlamlığına, məhsulun keyfiyyətinin aşağı düşməsinə, eləcə də ixrac üçün yararsız hala gəlməsinə səbəb ola biləcəyi qeyd edilib. Bununla yanaşı, bu cür halların ekosistemdə tarazlığın pozulmasına gətirib çıxardığı xüsusi vurğulanıb.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
50
operativmedia.az

10Mənbələr