AZ

İkinci dəfə kluba baş məşqçi təyin olundu

style='margin-bottom:10px;'>

Fransa klubu "Nitsa" baş məşqçisi Frank Ezlə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Klub rəhbərliyi komandanı Klod Puelə həvalə edib. Bu, təcrübəli mütəxəssisin "Nitsa"ya ikinci gəlişidir. O, daha əvvəl 2012-2016-cı illərdə də komandanı çalışdırıb.

Qeyd edək ki, 16 turdan sonra turnir cədvəlində 13-cü pillədə qərarlaşan "qartallar" yeni məşqçi ilə vəziyyəti düzəltməyə çalışacaq. Komanda növbəti oyununu yanvarın 3-də doğma meydanda "Strasbur"a qarşı keçirəcək.

Seçilən
25
17
teleqraf.com

10Mənbələr