AZ

Qazaxda avtomobil aşdı, ölən var

Qazax rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2004-cü il təvəllüdlü Sabuhi Sahib oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
39
4
avtosfer.az

3Mənbələr