Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Beynəlxalq Qırmızı Xaç Komitəsi hər iki tərəfdən itkin düşmüş şəxslərin axtarışı ilə bağlı 182 min sorğu qeydə alıb.
Sitat.info xəbər verir ki, bu barədə “Vedomosti” komitədəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ruslar və ukraynalılar yalnız hərbi qulluqçuları deyil, həm də mülki şəxsləri, o cümlədən uşaqları da axtarırlar:
“Ümumi rəqəm tam mənzərəni əks etdirmir, əslində belə ailələrin sayı daha çoxdur”.