Medicina saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Nebraska Universitetinin tədqiqatçıları stressin sağlamlığa niyə zərərli olduğunu aşkar ediblər. Onlar həmçinin qısa müddətli stressin faydalı olduğunu nümayiş etdiriblər.
Medicina.az xəbər verir ki, əksər elm adamları müəyyən miqdarda stressin bədən üçün faydalı olduğu ilə razılaşırlar. Bu dövrdə bədən kortizol adlı vacib bir hormon istehsal edir. Lakin həddindən artıq stress sağlamlığa zərərdir .
Stressli vəziyyətlərdə vəzilər bədəni döyüşə hazırlamaq üçün saniyələr ərzində adrenalin və norepinefrin hormonları istehsal etməyə başlayır. Kortizol adrenalin səviyyəsi aşağı düşdükdə, insanın özünü xəstə hiss etməsinin qarşısını almaq üçün qan dövranına daha çox şəkər vurmağa kömək edir.
Lakin, stresli vəziyyət çox uzun müddət davam edərsə, mənfi təsir göstərir. Kortizol immun reaksiyalarını yatırır ki, bu da xəstəlik riskini artırır. Stress altında yaraların sağalması daha uzun çəkir. Bundan əlavə, kortizol sümük böyüməsini əngəlləyir və onları kövrək edir. Stress beynin iştahanı idarə edən hissəsinə təsir etdiyindən, yağlı və şəkərli qidalar yemək istəyini artırır və çəki artımına səbəb olur.
Buna görə də uzun müddətli stress sağlamlığa zərərlidir. Stresslə mübarizə aparmaq üçün elm adamları sağlam qidalar yeməyi, idman etməyi və kifayət qədər yatmağı tövsiyə edirlər.
Aygün Musayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.