AZ

Xalq yazıçısı Anar və professor Qulu Məhərrəmli “Qızıl pəri” mükafatına layiq görülüblər - FOTO


Dünən Xəzər Universitetində Azərbaycan Kino Akademiyasının kino və TV sahəsində “Qızıl pəri”-2025 peşə mükafatlarının təqdim olunması ilə bağlı təntənəli mərasim keçirilib. Ötən illər ərzində yaradılmış kino və TV ustalarının müxtəlif janrlardakı film və verilişlərinin qalib müəlliflərinə eyniadlı mükafatlar təqqdim edilib. Mərasimdə Azərbaycan kinosunun inkişafındakı xidmətlərinə görə Xalq yazıçısı Anar, milli televiziyamızın inkişafına verdiyi töhfələrə görə isə tanınmış jurnalist və teletənqidçi, professor Qulu Məhərrəmli “Qızıl pəri” mükafatına layiq görülüblər.

Seçilən
70
2
baki-xeber.com

4Mənbələr